Ağstafada top mərmisi tapılıb - FOTO

Ağstafada top mərmisi tapılıb - FOTO
# 24 sentyabr 2019 00:44 (UTC +04:00)

Ağstafa rayonunun Köhnəqışlaq kəndi ərazisində mərmi aşkar olunub.

APA xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR