Ağstafada üç nəfər dəm qazından zəhərlənib

Ağstafada üç nəfər dəm qazından zəhərlənib
# 06 yanvar 2023 21:48 (UTC +04:00)

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Böyük Kəsik kənd sakinləri - 1987-ci il təvəllüdlü Hava Əliyeva, 1958-ci il təvəllüdlü Aybəniz Osmanova və 2001-ci il təvəllüdlü Yuxarı Göycəli kənd sakini Tahminə Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR