Ağstafada usta ehtiyatsızlıqdan yıxılaraq ölüb

Ağstafada usta ehtiyatsızlıqdan yıxılaraq ölüb
# 12 iyul 2022 23:11 (UTC +04:00)

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Məlumata görə, Misirov Asif Səfər oğlu usta işlədiyi evdə dam örtüyü təmir edən zaman hündürlükdən yıxılıb.

1962-ci il təvəllüdlü usta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR