Ağsuda 1 tondan artıq narkotik bitkisi məhv edilib

Ağsuda 1 tondan artıq narkotik bitkisi məhv edilib
# 29 may 2023 11:09 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən, ümumi çəkisi 1 tondan artıq olan 2763 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR