Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb

Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb
# 20 oktyabr 2019 21:40 (UTC +04:00)

Ağsu rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb.

Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR