Ağsuda 5 il əvvəl qadının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Ağsuda 5 il əvvəl qadının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib
# 30 iyun 2022 17:04 (UTC +04:00)

Baş Prokurorluq Ağsuda 5 il əvvəl baş verən qətl barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir:

"Xəbər verildiyi kimi, 28 yanvar 2017-ci il tarixdə saat 01 radələrində 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə Ağsu rayonun Qaraqaşlı kənd qəbristanlığında aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, daha sonra saat 22 radələrində meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.

19.03.2022-ci il tarixdə Asif Manafova Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR