Ağsuda 59 yaşlı qadını maşın vurub

Ağsuda 59 yaşlı qadını maşın vurub
# 24 mart 2023 09:08 (UTC +04:00)

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, Ağsu rayon Ülgüc kənd sakini, 1964-cü il təvəllüdlü Kərimova Fəridə Ağarəhim qızını maşın vurub. Nəticədə xəsarət alan qadın rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR