Ağsuda körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb - YENİLƏNİB - FOTO

Ağsuda körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb - YENİLƏNİB - FOTO
# 24 sentyabr 2019 10:23 (UTC +04:00)

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu çayı üzərindən keçən körpüdə, Dilman kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayon sakini, 1980-cı il təvəllüdlü Şahpələngov Qüdrət Tarzən oğlu 7271 HX tranzit nömrə nişanlı "Ford" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq körpüdən Ağsu çayına düşüb. Hadisə nəticəsində sürücü Qüdrət Şahpələngov və sərnişini, 1983-cü il təvəllüdlü Əkbərov Bayram Ələddin oğlu ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib, sərnişinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

23 sentyabr, 23:20

Ağsu rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şamaxı-Ağsu-İsmayıllı avtomobil yolunun Ağsu çayı üzərindən keçən körpüdə qeydə alınıb.

Belə ki, "Ford" markalı minik maşını idarəetmədən çıxaraq Ağsu çayına düşüb. Nəticədə avtomobildə olan 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR