Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib - YENİLƏNİB - VİDEO

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib - YENİLƏNİB - VİDEO
# 22 avqust 2019 18:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.

***

Saat 18:26

Ağsuda meşə yanğını başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kəndəxan kəndində dağlıq ərazidə qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR