Ağsuda evdən 11 min manatlıq oğurluq edən şəxs tutulub - VİDEO

Şükran Quliyev, saxlanılan şəxs

© APA | Şükran Quliyev, saxlanılan şəxs

# 11 yanvar 2022 11:12 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11 000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, daxil olmuş müraciət əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Qaraqaşlı kənd sakini Şükran Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR