Ağsuda iki bacı dəm qazından zəhərlənib

Ağsuda iki bacı dəm qazından zəhərlənib
# 01 fevral 2023 10:42 (UTC +04:00)

Ağsu rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

APA-nin Şirvan bürosu xəbər verir ki, Ağsu rayon sakinləri - 2007-ci il təvəllüdlü Yolçuyeva Ləman Ayaz qızı və bacısı 2016-cı il təvəllüdlü Yolçuyeva Fatimə Ayaz qızı dünən gecə saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların hər ikisinin dəm qazından zəhərləndiyi məlum olub.

Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR