Ağsuda itkin düşən qadın Abşeronda atası tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Aybəniz Abdullayeva

© APA | Aybəniz Abdullayeva

# 07 sentyabr 2022 17:04 (UTC +04:00)

Sentyabrın 7-si saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

16:35

Abşeronda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayon Pirhəsənli kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev Abşeron rayonuna gələrək qızı Aybəniz Abdullayevanı bıçaqla qətlə yetirib.

Xatırladaq ki, Ağsu rayon Polis Şöbəsinə rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı barədə məlumat daxil olub.

Həmin məlumatda Ağsu rayonunun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərlinin də avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmadığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR