Ağsuda xırdabuynuzlu heyvanlar oğurlanıb

Ağsuda xırdabuynuzlu heyvanlar oğurlanıb
# 20 sentyabr 2019 12:35 (UTC +04:00)

Ağsuda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Ş.İsmayılova məxsus yardımçı təsərrüfatdan 33 baş qoyun və 9 baş keçi oğurlamaqda şübhəli bilinən Ağalarbəyli kənd sakini N.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR