Ağsuda yol qəzası zamanı iki nəfər xəsarət alıb

Ağsuda yol qəzası zamanı iki nəfər xəsarət alıb
# 26 sentyabr 2023 20:45 (UTC +04:00)

Ağsuda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Daşdəmirbəyli kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Vəliyev Mirdamət Ələm oğlu və 1965-ci il təvəllüdlü Cəbrayılov Cabar Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR