Ali Məhkəmə "Tərtər işi" ilə bağlı 18 nəfərin işi üzrə qərarı açıqlayıb - VİDEO

Ali Məhkəmə

© APA | Ali Məhkəmə

# 01 oktyabr 2022 11:51 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

APA xəbər verir ki, bu barədə Ali Məhkəmənin açıqladığı məlumatda qeyd olunub.

Bildirilib ki, Pelnumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, aparılan istintaq zamanı əldə edilən mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 18 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR