Alimpaşa Məmmədov Penitensiar xidmətin təcridxanasına köçürülüb

Alimpaşa Məmmədov

© APA | Alimpaşa Məmmədov

# 10 noyabr 2022 16:44 (UTC +04:00)

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

APA-nın əldə etdiyi xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyev sədrliyi ilə keçirilən hazırlıq iclasında ilkin dinləmələr keçirilib.

Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Bundan başqa, məhkəmədə Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar xidmətin təcridxanasına köçürüldüyü məlum olub.

İş üzrə baxış iclası noyabrın 24-ə təyin olunub.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bitərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR