Amnistiya aktına görə indiyə qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan 1307 məhkum cəzadan azad olunub

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 03 dekabr 2021 13:42 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabrdan 3 dekabra qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan məhkum edilmiş 1307 nəfərə Amnistiya aktı tətbiq edilib.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.

O bildirib ki, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib.

Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır.

Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilmiş məhkumlardır.

Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR