ANAMA: Azad edilmiş ərazilərdə ötən ay 539 mina aşkarlanıb

ANAMA: Azad edilmiş ərazilərdə ötən ay 539 mina aşkarlanıb
# 04 iyul 2022 16:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, iyunun 1-dən 30-a qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 303 piyada əleyhinə mina, 236 tank əleyhinə mina və 1273 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2723,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR