ANAMA azad olunmuş ərazilərdə daha 218 mina aşkar edib

ANAMA azad olunmuş ərazilərdə daha 218 mina aşkar edib
# 02 fevral 2023 09:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya bildiriblər ki, yanvarın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR