Anasını öldürən şəxsin cinayət işi ekspertizaya göndərilib

Anasını öldürən şəxsin cinayət işi ekspertizaya göndərilib
# 04 iyul 2022 14:24 (UTC +04:00)

Anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisə baş verən an S.Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də o, ekspertizaya göndərilməlidir.

Məhkəmə vəsatəti təmin edib və S.Cəfərovun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar qəbul edilib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.

1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.

S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR