Arvadını öldürən şəxsə hökm oxunub

Arvadını öldürən şəxsə hökm oxunub
# 19 sentyabr 2019 14:09 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan Qurbanov qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR