Arvadını öldürüb qaynanası və qaynını yaralayan şəxs məhkəmə qarşısına çıxarılır

Arvadını öldürüb qaynanası və qaynını yaralayan şəxs məhkəmə qarşısına çıxarılır
# 15 iyun 2022 11:25 (UTC +04:00)

Bakıda arvadını öldürüb qaynanası və qaynına xəsarət yetirən Bəxtiyar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın xəbərinə görə, iş üzrətoplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, hadisə bu ilin fevral ayında qeydə alınıb.

Xətai Rayon Prokurorluğunun məlumatına görə, fevralın 25-i saat Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirmiş, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR