Arvadını və qayınatasını bıçaqlayan şəxs 11 il 3 ay azadlıqdan məhrum edilib

Arvadını və qayınatasını bıçaqlayan şəxs 11 il 3 ay azadlıqdan məhrum edilib
# 12 may 2022 19:06 (UTC +04:00)

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayonunda həyat yoldaşını və qayınatasını bıçaqlayan İlhamiz Cəfərovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

İlhamiz Cəfərovun yaxınlarının APA-ya verdiyi xəbərə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 1982-ci il təvəllüdlü Cəfərov İlhamiz Araz oğlu 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 9-da rayonun Ümid qəsəbəsində baş verib.

Qəsəbədə məskunlaşan İlhamiz Cəfərov yaşadığı binada həyat yoldaşı 38 yaşlı Cəfərova Aynurə Azim qızına və onun atası 63 yaşlı Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

Hadisəni törədən İlhamiz Cəfərov hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR