Arvadının boğazını kəsərək qətlə yetirən şəxsə hökm oxunub

Arvadının boğazını kəsərək qətlə yetirən şəxsə hökm oxunub
# 10 iyun 2022 15:50 (UTC +04:00)

Pirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə. Musayev 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Pirallahı rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Ə.Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Faktla bağlı Ə.Musayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürümə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR