Astarada avtomobil çaya aşıb, sürücü boğularaq ölüb - VİDEO

Astarada avtomobil çaya aşıb, sürücü boğularaq ölüb - VİDEO
# 23 iyul 2022 10:48 (UTC +04:00)

Astara rayonunda avtomobil çaya aşıb.

APA xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İdrak Nəsirov idarəetməni itirib, avtomobil yolun kənarındakı çaya aşıb.

Nəticədə İdrak Nəsirov boğularaq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR