Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB
# 23 iyul 2019 20:36 (UTC +04:00)

Astarada dənizdə batan şəxsin meyiti çıxarılıb.

APA-nın cənub bürosu xəbər verir ki, Astara şəhər sakini, 2003-cü il təvəllüdlü Sahib Rauf oğlu İsmayılov Bulvar ərazisində batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.İsmayılovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Saat 17:57

Astarada bir nəfər dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR