Astarada iki “Niva” toqquşub, xəsarət alanlar var - FOTO

Astara, yol qəzası

© APA | Astara, yol qəzası

# 16 avqust 2022 16:40 (UTC +04:00)

Astara rayonunda iki minik maşını toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Təxtənəkəran-Toradi yolunun Əzərud kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Asğankəran kənd sakini, 1982-ci il təvəllüdlü Elbrus Şirməmməd oğlu Nurəliyevin idarə etdiyi 99-RU-056 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə qarşıdan gələn, Motlayataq kənd sakini, 1954-cü il təvəllüdlü Böyükağa Salman oğlu Əliyevin idarə etdiyi eyni markalı, 07- BJ-968 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə Böyükağa Əliyevin idarə etdiyi avtomobil aşıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR