Astarada nişanlısını bıçaqlayan oğlan tutulub, cinayət işi açılıb

Astarada nişanlısını bıçaqlayan oğlan tutulub, cinayət işi açılıb
# 06 yanvar 2023 13:33 (UTC +04:00)

Astarada nişanlısını bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə dünən Astaranın Şiyəkəran kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı aralarında yaranan mübahisə nəticəsində döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR