Astarada torpaq sürüşməsi olub, ev təhlükəli vəziyyətə düşüb - FOTO - VİDEO

Astarada torpaq sürüşməsi olub, ev təhlükəli vəziyyətə düşüb - FOTO  - VİDEO
# 07 oktyabr 2022 11:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Xəbərə görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR