Astarada yanğın söndürülüb

Astarada yanğın söndürülüb
# 02 sentyabr 2022 16:20 (UTC +04:00)

Astara rayonunun Şəvqo kəndi yaxınlığında baş vermiş yanğın Nazirliyin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

APA xəbər verir ki, by barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Xəbərə görə, yanğın nəticəsində təxminən 2 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində mövcud meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR