Ata Abdullayev apellyasiya şikayəti verib

Ata Abdullayev

© APA | Ata Abdullayev

# 17 yanvar 2022 10:13 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilən bloger Ata Abdullayev apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, şikayət ərizəsi A. Abdullayevin vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq məhkəmənin hökmü il 7 il azadlıqdan məhrum edilib.

Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR