Avtobusda sərnişinin çantasından 3200 manat oğurlanıb

Avtobusda sərnişinin çantasından 3200 manat oğurlanıb
# 13 iyun 2022 12:20 (UTC +04:00)

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR