Avtobuslarda cibgirlik edən 3 qardaş tutulub - VİDEO - YENİLƏNİB

Avtobuslarda cibgirlik edən 3 qardaş tutulub - VİDEO  - YENİLƏNİB
# 15 noyabr 2022 13:57 (UTC +04:00)

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən APA-ya verilən məlumata görə, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər.

Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.

Qeyd edilib ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.

Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

***

12.27

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR