Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanılıb

Avtobusun yolunu kəsərək xuliqanlıq edən sürücü saxlanılıb
# 03 noyabr 2022 18:08 (UTC +04:00)

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR