Avtovağzalın qarşısında çantadan 4 min dollar oğurlanıb

Avtovağzalın qarşısında çantadan 4 min dollar oğurlanıb
# 05 iyun 2023 11:37 (UTC +04:00)

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR