Axtarışda olan şəxs şadlıq sarayında qadının 1000 dollarını oğurlayıb

Axtarışda olan şəxs şadlıq sarayında qadının 1000 dollarını oğurlayıb
# 21 noyabr 2022 12:12 (UTC +04:00)

Bakıda şadlıq sarayında oğurluq olub.

DİN-dən APA-ya verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR