Axtarışda olan şəxs silahla tutulub

Axtarışda olan şəxs silahla tutulub
# 16 noyabr 2022 11:15 (UTC +04:00)

Xuliqanlığa görə axtarışda olan şəxs tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan S.Cahangirov saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR