Aydın Canıyev Eynulla Fətullayevin şikayəti ilə həbs olunub

Aydın Canıyev Eynulla Fətullayevin şikayəti ilə həbs olunub
# 26 yanvar 2023 19:55 (UTC +04:00)

Aydın Canıyev həbs olunub.

APA xəbər verir ki, Aydın Canıyev haqqın.az saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev 30 sutka inzibati qaydada həbs olunub.

Eynulla Fətullayev də “Facebook” profilində bu barədə yazıb. O qeyd edib ki, A. Canıyev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş Prokuror Kamran Əliyevə müraciət edib. Baş redaktor müraciətinə operativ cavab verildiyi üçün Baş Prokurora və məhkəməyə təşəkkür edib.

"Məncə, belə məxluqları idarə edənlərə də dərs olar" - deyə, E.Fətullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR