Aytən Məmmədovaya hücumla bağlı cinayət işinin istintaqı BŞBPİ-ə verilib

Aytən Məmmədova

© APA | Aytən Məmmədova

# 11 may 2022 12:58 (UTC +04:00)

Mayın 8-də yaşadığı binanın liftində naməlum şəxs tərəfindən bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova tibbi ekspertizadan keçirilib.

Bu barədə APA-ya jurnalist özü məlumat verib.

Aytən Məmmədova bildirib ki, bu gün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsində ekspertizadan keçib.

Bundan başqa, Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinin icraatına verilib.

Jurnalistə hücum edən şəxsin tapılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR