Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb
# 16 may 2022 15:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, mayın 9-dən 14-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl, Zəngilan və Xocavənddə 183 piyada əleyhinə mina, 59 tank əleyhinə mina və 493 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR