Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında yanğın söndürülüb - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 13 sentyabr 2022 13:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin binasında yanğın olması barədə məlumat daxil olub.

APA Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində binanın zirzəmisində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:45-də söndürülüb.

Əlavə məlumat veriləcək.

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov APA-ya bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasındakı yanğının söndürülməsinə 6 yanğın avtomobili cəlb olunub: “Dərhal hadisə yerinə 6 ədəd yanğın avtomobili cəlb olunub. Yanğınsöndürənlər tərəfindən dərhal hadisəyə müdaxilə edilib və tez bir zamanda söndürülüb. 50 nəfər təxliyə edilib. Hadisənin səbəbləri araşdırılır”.

***

12:50

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

12:33

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürənləri və texnikası cəlb olunub.

Binada olan şəxslər təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR