Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - FOTO - VİDEO

Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - FOTO  - VİDEO
# 07 fevral 2023 19:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.

APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.

Eyni zamanda dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR