Orduda silah və texnikanın yay mövsümünə keçidi davam etdirilir - VİDEO

Orduda silah və texnikanın yay mövsümünə keçidi davam etdirilir - VİDEO
# 20 may 2022 16:00 (UTC +04:00)

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətlə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR