Azərbaycan vətəndaşları Gürcüstanda qəzaya düşüblər

Azərbaycan vətəndaşları Gürcüstanda qəzaya düşüblər
# 12 iyul 2019 14:02 (UTC +04:00)

Gürcüstanda Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Tbilisi-Batumi magistralında baş verib. Qəza nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan 2-si qadındır.

Yaralılar Kutaisi hospitalına çatdırılıb. Onların durumlarının təhlükəli olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR