Azərbaycana qarşı cinayətlərə görə Ermənistanın rəhbər şəxsləri barəsində 86 cinayət işinin istintaqı aparılır

Azərbaycana qarşı cinayətlərə görə Ermənistanın rəhbər şəxsləri barəsində 86 cinayət işinin istintaqı aparılır
# 06 oktyabr 2022 11:40 (UTC +04:00)

Ermənistan Respublikasının rəhbər və digər vəzifəli şəxsləri, silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair Baş Prokurorluğun İstintaq idarəsində 86 cinayət işinin ibtidai istintaq aparılır.

APA xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması və mülki əhaliyə məxsus əmlakın qəsdən məhv edilməsi və zədələnməsi faktlarına dair 39 cinayət işi Mina və digər növ partlayıcı qurğuların partlayışları nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi və ya sağlamlıqlarına ziyan vurulması faktlarına dair 25 cinayət işi İnfrastruktur obyektlərinin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması faktlarına dair 3 cinayət işi, işğal altında olmuş ərazilərdə tarixi, mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağac kəsmə və ya digər ekoloji cinayət faktlarına dair 3 cinayət işi, Vətən müharibəsi müddətində fosfor mərmilərindən istifadə edilməsi faktlarına dair 1 cinayət işi, Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrinin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri faktlarına dair 8 cinayət işi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz açıq çağırış faktlarına dair 4 cinayət işi, işğal altında olmuş ərazilərə qanunsuz silah daşınması faktlarına dair 1 cinayət işi, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin edilməsi faktına dair 1 cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR