Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanılıb - FOTO - VİDEO

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 10 noyabr 2022 10:57 (UTC +04:00)

Lənkəran polisi 24 il axtarışda olan şəxsi saxlayıb.

Bu barədə APA-ya DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Xəbərə görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır. Bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 12.01.1998-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edilib ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR