Azərbaycanda 7 ildə narkotiklə bağlı 24 440 nəfər saxlanılıb

Azərbaycanda 7 ildə narkotiklə bağlı 24 440 nəfər saxlanılıb
# 10 may 2022 15:30 (UTC +04:00)

2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: “Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR