Azərbaycanda gənc yazar evində ölü tapılıb

Azərbaycanda gənc yazar evində ölü tapılıb
# 06 iyul 2019 12:39 (UTC +04:00)

Azərbaycanda gənc yazar evində ölü tapılıb.

APA-nın məlumatına görə, Mahmud Ağakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Yazıçının dostu Ömər Mazanov (Ömər Xəyyam) APA-ya açıqlamasında bildirib ki, M.Ağakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Ağakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR