Azərbaycanda iki ildə 311 insan alveri cinayəti qeydə alınıb

Azərbaycanda iki ildə 311 insan alveri cinayəti qeydə alınıb
# 04 oktyabr 2022 10:12 (UTC +04:00)

2020-2021-ci illərdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 311 insan alveri, 8 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 83 cinayət qeydə alınıb.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Samir Qarayev İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı dəyirmi masada deyib.

O bildirib ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 31-i qadın olmaqla, 35 şəxs təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 28 nəfərdən 24-ü azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 2 nəfərin cəzası taxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR