Azərbaycanda iki rayona prokuror təyin olunub

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 14 iyul 2022 12:10 (UTC +04:00)

Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

APA xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR